Mətbəx Sənətinin Gələcəyini Birlikdə Formalaşdırırıq
Missiyamız
Chefs League International olaraq missiyamız, qastronomiya sahəsində istedadlı kulinarları bir araya gətirmək, onların peşəkar inkişafını dəstəkləmək və dünya səviyyəsində tanınmalarına şərait yaratmaqdır.
Bizim əsas məqsədimiz — kulinariya sənətini yalnız peşə kimi deyil, həm də mədəniyyət, yaradıcılıq və innovasiya platforması kimi inkişaf etdirməkdir. Bu istiqamətdə biz, həm yeni başlayan kulinarları, həm də təcrübəli şefləri bir sistem daxilində birləşdirərək onların bilik və bacarıqlarını daha yüksək səviyyəyə çatdırmağı hədəfləyirik.
Vizyonumuz
Chef tanınması, peşəkar sertifikasiya və beynəlxalq əməkdaşlıq sahəsində qlobal standart olmaq — hər bir aşpazın öz sənətini dünya səviyyəsində nümayiş etdirə biləcəyi bir ekosistem yaratmaq.
Chefs League International Association rəsmi olaraq quruldu. Azərbaycan, Türkiyə və Avropa ölkələrindən ilk üzvlər assosiasiyaya qoşuldu.
12 ölkənin iştirakı ilə ilk böyük beynəlxalq mətbəx yarışması keçirildi. Bu tədbir assosiasiyanın qlobal genişlənməsinin başlanğıcı oldu.
Rəsmi medal sistemi işə salındı. İlk qızıl, gümüş və bürünc medallar beynəlxalq münsiflər heyəti tərəfindən verildi.
Assosiasiya 50 ölkədə aktiv üzvlüyə çatdı. Hər qitədən mütəxəssislər Chefs League ailəsinə qoşuldu.
500 üzv milestonu keçildi. Chefs League beynəlxalq mətbəx dünyasının ən nüfuzlu assosiasiyalarından birinə çevrildi.
Komandamız
Ali Magerro
Beynəlxalq qastronomiya sahəsində uzun illik təcrübəyə malik şef və hakimdir. Chefs League International-ın təsisçisi və strateji inkişaf rəhbəridir.
Felix Hudo
Təşkilatın qurulmasında əsas rol oynayan və beynəlxalq inkişaf strategiyasının formalaşmasına töhfə verən həmtəsisçidir.
Leyla Hüseynova
Beynəlxalq qastronomiya mütəxəssisi olaraq təşkilatın peşəkar standartlarının və layihələrinin inkişafında aktiv rol oynayır.
Nicat Quliyev
Assosiasiyanın beynəlxalq əlaqələrini və təşkilati proseslərini koordinasiya edir.
Asim Vəliyev
Qida mühəndisi olaraq qida təhlükəsizliyi standartlarının tətbiqi və sağlam qidalanma mədəniyyətinin inkişafı istiqamətində fəaliyyət göstərir.
Məhsəti Hüseynova
Sağlam qidalanma mütəxəssisi olaraq qida təhlükəsizliyi sahəsində maarifləndirmə və inkişaf layihələrinə rəhbərlik edir.
Royal Bakhishov
Chefs League International-ın fəaliyyətini dəstəkləyən və təşkilatın beynəlxalq səviyyədə tanıdılmasına töhfə verən rəsmi nümayəndədir.
ölkədə təmsilçilərimiz var
Chefs League International Association, Kanada qanunvericiliyinə uyğun olaraq rəsmi şəkildə qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatıdır (CNCA).
363 Royal York Road, Unit 1, Etobicoke, Ontario, Canada, M8Y 2R4 Sertifikatı GörDaimi Onursal Üzvlər
Chefs League International tərəfindən təqdim olunan Daimi Onursal Üzvlük, qastronomiya sahəsində yüksək peşəkarlığı və misilsiz töhfələri tanıyır.
Yalnız dəvət əsasında / By Invitation OnlyÜzvlər tezliklə elan ediləcək